“Keşlə” komandası “Baltsan” ilə oyunda fasiləyə üstün yollanıb
Matçın ilk hissəsi “Keşlə” komandasının 1:0 hesablı üstünlüyü ilə başa çatıb. Hesab matçın 11-ci dəqiqəsində açılıb. “Baltsan” klubunun müdafiəçisi Elkin Seranonun cərimə meydançasında qaydalardan kənar oyunu ilə əlaqədar referi qonaqların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Zərbəni dəqiq yerinə yetirən Sezar Meza Kolli adını tabloya yazdırıb - 1:0. Hər iki komandanın cəhdlərinə baxmayaraq, qalan dəqiqələrdə qapılara top vurulmayıb və ilk hissə bu hesabla da başa çatıb.

Xəbər 920 dəfə oxundu.