“Qarabağ”ın Premyer Liqada məğlubiyyətsiz oyunlar seriyası qırılıb
“Qarabağ”ın Premyer Liqada məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Ağdam təmsilçisi bu il ilk məğlubiyyətini alıb. Ardıcıl 13 oyunda uduzmayan Qurban Qurbanovun yetirmələri XXVIII turun “Qəbələ” ilə səfər oyununda 0:1 hesabı ilə məğlub olub. Sonuncu dəfə ötən il noyabrın 26-da keçirilən XIV turun oyununda uduzan “Qarabağ” həmin vaxt Ağdamda “Neftçi”yə məğlub olmuşdu – 1:2.

140 gün uduzmayan Ağdam təmsilçisi məğlubiyyətsiz oyunlar seriyasında 8 qələbə qazanıb və 5 heç-heçə edib. “Qarabağ” 140 gündə 29 xal toplayıb.

Xəbər 1000 dəfə oxundu.