“Sabah” serbiyalı futbolçu ilə üçillik müqavilə bağlayıb
Futbol üzrə Azərbaycan Premyer Liqasının debütantı "Sabah" klubu Türkiyədə təlim-məşq toplanışı çərçivəsində iyulun 18-də ilk yoxlama oyununu keçirib.

Yerli "Giresunspor" komandası ilə qarşılaşan Bakı təmsilçisi meydandan 1:1 hesablı heç-heçə ilə ayrılıb. Komandamızın heyətində yeni transfer olunan ukraynalı futbolçu Vitali Kvaşuk fərqlənib.

"Sabah" növbəti yoxlama oyununu iyulun 28-də Türkiyə Superliqa təmsilçisi "Alanyaspor"a qarşı keçirəcək.

Xəbər 657 dəfə oxundu.