“Sabah” serbiyalı futbolçu ilə üçillik müqavilə bağlayıb
Azərbaycan Premyer Liqasının debütantı “Sabah” klubu serbiyalı müdafiəçi Filip İvanoviçlə üçillik müqavilə bağlayıb.

Müdafiəçi Bakı təmsilçisinin heyətində 13 nömrəli formada çıxış edəcək.

İyirmi altı yaşlı futbolçu karyerası ərzində Serbiyanın “Hayduk”, “Zvezdara”, “Lokomotiva”, “Bezaniya”, “Petrovaç”, “İndjiya” klublarında top qovub. Onun son çıxış etdiyi komanda “Radnik” (Serbiya) olub.


Xəbər 860 dəfə oxundu.