Türkiyənin Trabzon şəhərində boks üzrə Avropa Olimpiya təsnifat turnirinə start verilib
Türkiyənin Trabzon şəhərində boks üzrə Avropa Olimpiya təsnifat turnirinə start verilib. Yarışın ilk günündə 2 boksçumuz – Vətən Hüseynli (81 kq) və Elvin İsayev rinqə çıxıb.

Hüseynli İspaniya idmançısı Abner Lloverasla döyüşdı ilk raundu 2 xal fərqlə öndə qapayıb. İkinci raundda hər iki boksçunun 4 dəqiq zərbəsi qeydə alınıb. Yekunda boksçumuz 17:14 hesabı ilə qələbə qazanıb. Həmyerlimiz növbəti mərhələdə erməni Artur Xaçatryanı məğlub etmiş polşalı Mateuş Triçlə qarşılaşacaq.
Elvin İsayev Trabzonda ilk döyüşünü Rumıniya təmsilçisi Aleksandru Çiçeryanunu mübarizədən kənarlaşdırıb. Hər 3 raundda rəqibindən daha yaxşı təsir bağışlayan həmyerlimiz növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, turnirdə İsayev və Hüseynli ilə yanaşı, daha 3 boksçumuz qüvvəsini sınayır.


Xəbər 1226 dəfə oxundu.