DİN-in əməkdaşı Çin döyüş sənətləri üzrə dünya çempionatında fərqlənib
ABŞ-ın Orlando şəhərində Çin döyüş sənətləri üzrə dünya çempionatı keçirilib.

Milli komandamızın tərkibində mübarizə aparan Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş leytenantı İlqar Nəcəfli yüksək fiziki və texniki hazırlıq nümayiş etdirib. Sanda versiyası üzrə Dominikan Respublikası, İtaliya və ABŞ-dan olan idmançılarla qarşılaşan təmsilçimiz dünya çempionatının bürünc medalına sahib olub.

Mötəbər yarışlarda ölkəmizi uğurla təmsil edən İ.Nəcəfli ikiqat dünya və Avropa çempionu, Avrasiya birinciliyinin qalibi, dünya kubokunun sahibidir.

Xəbər 838 dəfə oxundu.