Qədir Hüseynov Kataloniyada yüz faizli nəticə göstərir
Barselonada XX San-Marti Beynəlxalq Şahmat Turniri keçirilir. Turnirin “A” qrupunda 24 ölkədən 120 şahmatçı, o cümlədən 12 qrossmeyster iştirak edir.

Azərbaycanın idman şərəfini qoruyan qrossmeyster Qədir Hüseynov həm də turnirin reytinq-favoritidir.

Kataloniyada İsveçrə sistemi üzrə keçirilən turnir 9 turdan ibarətdir.

“A” qrupunda üç turdan sonra Qədir Hüseynov irəlilədir. Həmçinin kubalı şahmatçılar Luis Lazaro Djimenes Aquero, Yasser Perez Kesada, Aleksey Kardoso Fernandes, hindistanlı Quxa Mitraba və Perudan Xose Eduardo Alkantara Martines hərəyə üç xal toplayıblar. On beş şahmatçı liderlərdən yarım xal geri qalır.

Dördüncü tur üçün püşkatmanın nəticələrinə əsasən, Qədir Hüseynov Aleksey Kardoso Fernandeslə qarşılaşacaq.

Xəbər 846 dəfə oxundu.