Yığmamız böyük hesablı qələbə qazanıb
Bakıda təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası yoxlama oyunu keçirib.

“Keşlə”nin əvəzedici komandası ilə qarşılaşan U-19 millimiz 4:0 hesabı ilə qələbə qazanıb.

Yığmanın heyətində Emil Qasımov dubl edib, digər qolları isə Elvin Talıbov və Turan Vəlizadə vurub.

U-19 növbəti yoxlama oyununu iyulun 18-də keçirəcək. “Qəbələ”nin əvəzedici komandası ilə Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 18:30-da başlayacaq.

Xəbər 888 dəfə oxundu.