“Phoenix Baku” basketbol komandası Kutaisidə ikinci olub | |
Kutaisidə 3x3 basketbol idman növü üzrə “3x3GeoTour2018” Gürcüstan turunun ikinci turniri keçirilib. Turnirə ölkəmizdən “3x3 Azərbaycan” (Nicat Mirzəyev, Teymur Quliyev, Ramil Əyyubov) və “Phoenix Baku” (Rəhman Teymurbəyov, Elmar Mir-Bağırov, Andrey Kondratyev, Fariz Qənbərov) komandaları qatılıblar. “A” qrupunda çıxış edən “Phoenix Baku” komandası “Young boys” 17:14, “Alik&Company” isə 17:13 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Eyni zamanda “B” qrupunda yer alan “3x3 Azerbaijan” komandası “Bad Boys”a 14:16 və “Whats Up”a 16:17 hesabı ilə məğlub olaraq mərhələ adlaya bilməyib və turnirdə beşinci yerə sahib olub. “Phoenix Baku” yarımfinalda “Whats Up”a 21:17 hesabı ilə qalib gələrək həlledici mərhələyə vəsiqə qazanıb. Finalda “Bad Boys” komandasına 19:21 hesabı ilə məğlub olan təmsilçimiz “3x3GeoTour2018” adlı Gürcüstan turunun Kutaisi mərhələsində ikinci yerə çıxıb. Qeyd edək ki, “3x3GeoTour2018” turunun növbəti turniri Rustavidə davam edəcək. |
|
Xəbər 1600 dəfə oxundu. |
|
|