Boks üzrə Azərbaycan yığması Odessada beynəlxalq turnirdə mübarizə aparacaq
İyulun 16-da Ukraynanın Odessa şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.

Yeddi gün davam edəcək yarışda Azərbaycan yığması da qüvvəsini sınayacaq.

Semyon Trestinin xatirəsinə həsr olunan “A” kateqoriyalı turnirdə beş boksçumuz mübarizə aparacaq. Komandamızın baş məşqçisi Leonid Loivski Odessada Ruslan Rüstəmov (64 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (81 kq), Rauf Rəhimov (91 kq) və Rahil Məmmədliyə (91 kq-dan yuxarı) şans verəcək.

Xəbər 1159 dəfə oxundu.