Astarada “Sağlam bədən, sağlam düşüncə” devizi ilə təlim məşqlərə start verilib
Astara Rayon Gənclər və İdman İdarəsi, Olimpiya İdman Kompleksi, Uşaq Gənclər İdman-Şahmat Məktəbi, Boks Mərkəzi, habelə Şərq Döyüş Növləri Federasiyaları Şurasının rayon nümayəndəliyinin birgə təşkilatçılığı ilə Xəzər dənizi sahilində “Sağlam bədən, sağlam düşüncə” devizi ilə karatenin sindo-ryu və pencak-silat, budo döyüş növləri, boks, kikboksinq, sərbəst güləş, cüdo, atletika, futbol idman növləri üzrə təlim məşqlərə start verilib.

Yeniyetmə və gənclərin yay istirahətinin, asudə vaxtının səmərəli təşkili məqsədilə keçirilən təlim məşqlərdə fasilə zamanı gənclərin sağlam həyat tərzinə yiyələnməsi və zərərli vərdişlərin fiziki, sosial, psixoloji fəsadları barədə maarifləndirici söhbətlər də aparılır.

Təlim məşqlər avqustun 31-dək davam edəcək.

Xəbər 1138 dəfə oxundu.