Badmintonçularımız beynəlxalq reytinq cədvəlində irəliləyiblər
Beynəlxalq Badminton Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

Azərbaycan millisinin üzvü Edi Reski Dviçayo yeni açıqlanan cədvəldə 21 pillə irəliləyib. Hesabında 6880 xal olan idmançımız 239-cu sıradan 218-ci yerə yüksəlib.

Otuz doqquz pillə irəliləyən Ezmi Qovimuramadhoni isə reytinqdə 436-cı sıradadır. Ezminin hesabındakı reytinq xalının sayı 2458-ə bərabərdir.

Badmintonçularımız iyulun 18-21-də Nigeriyanın Laqos şəhərində keçiriləcək “Lagos International-2018” turnirində çıxış edəcəklər.


Xəbər 1121 dəfə oxundu.