UEFA Avropa Liqası: “Keşlə” səfərdə “Baltsan” komandası ilə qarşılaşıb
Oyunda hesabı 12-ci dəqiqədə Alfred Effionq açıb. Bundan doqquz dəqiqə sonra Malta komandasının futbolçusu Leklao hesab arasındakı fərqi ikiyə çatdırıb. İyirmi doqquzuncu dəqiqədə “Keşlə”nin heyətində Sezar Meza Kolli 11 metrlik cərimə zərbəsi ilə fərqi azaldıb. Rəqib komandanın futbolçusu Boyan Kalyeviç 34-cü dəqiqədə “Baltsan”ın üçüncü qolunu vurub.

Görüşdə son nöqtəni isə Matla təmsilçisinin heyətində 55-ci dəqiqədə Kadu qoyub. Beləliklə, ötən mövsüm Azərbaycan kubokunu qazanan “Keşlə” komandası “Baltsan” ilə səfər qarşılaşmasında 1:4 hesabı ilə məğlub olub.

Xatırladaq ki, komandalar arasındakı cavab matçı iyulun 19-da Bakıda keçiriləcək.


İyulun 12-də futbol üzrə UEFA Avropa Liqasının birinci seçmə mərhələsinin ilk oyunları çərçivəsində Bakının “Keşlə” klubu səfərdə Maltanın “Baltsan” komandası ilə qarşılaşır.

“Senceneri” stadionunda keçirilən oyunda “Keşlə” klubunun start heyətində Kamran Ağayev, Denis Silva, Azər Salahlı, Tərlan Quliyev, Sertan Taşkın, Ebrima Sona, Fuad Bayramov, Slavik Alxasov, Sezar Meza, Vaqif Cavadov, Andre Klennon yer alıblar.

“Baltsan” klubunun heyətində isə Stiv Sultana, Maykl, Elkin, İvan Bozoviç, Stiv Beccına, Kadu, Nenad Sliviç, Miloş, Lekao, Boyan və Alfred meydana çıxıblar.

Qeyd edək ki, “Keşlə” klubunun “Baltsan” komandasına qarşı cavab qarşılaşması iyulun 19-da baş tutacaq.

Xəbər 870 dəfə oxundu.