“Neftçi İdman Klubu”nun güləşçiləri İstanbulda iki medal qazanıblar
İstanbulda gənclər arasında sərbəst, yunan-Roma və qadın güləşi üzrə “Çempionlar” beynəlxalq turniri başa çatıb. Sayca 21-ci dəfə təşkil olunan turnirdə “Neftçi İdman Klubu”nun iki yetirməsi medala layiq görülüb.

Sərbəst güləşçilər arasında keçirilən yarışda 61 kiloqram çəki dərəcəsində çıxış edən İntiqam Vəlizadə fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Altmış yeddi kiloqram çəkidə ölkəmizi təmsil edən Kamran Mirzəliyev isə yunan-Roma güləşçilərinin qatıldığı mübarizədə gümüş medala sahib olub.

Xəbər 1007 dəfə oxundu.