FIFA referilərimiz Avropa Liqasına təyinat alıblar
FIFA referilərimiz futbol üzrə UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıblar.

İyulun 19-da keçiriləcək “OFK Titoqrad” (Monteneqro) – “B36 Torşavn” (Farer adaları) oyununu baş hakim Ömər Paşayev idarə edəcək. Baş hakimin köməkçiləri Namiq Hüseynov və Mübariz Haşımov olacaqlar. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

Həmyerlimiz Rəhim Həsənov “Zaria Balti” (Moldova) – “Qornik Zabrze” (Polşa) matçında ədaləti qoruyacaq. Baş hakimə Yaşar Abbasov və Akif Əmirəli kömək edəcəklər. Matçın dördüncü hakimi Rauf Cabbarov olacaq.

Xəbər 673 dəfə oxundu.