“Lokomotiv”in voleybolçusu ən güclü oldu
Azərbaycan Super Liqasının ən məhsuldar voleybolçusunun adı açıqlanıb. İdman.com.az saytının məlumatına görə, 2011/2012 mövsümünün bombardiri adını Nensi Metkalf qazanıb.
“Lokomotiv”in amerikalı legioneri bununla bağlı xüsusi mükafata layiq görülüb.

Qeyd edək ki, cari mövsümdə Super Liqanı 2-ci yerdə bitirən “dəmiryolçular” Çellenc kubokunu qalib kimi başa vurublar. Metkalf avrokubokda da ən güclü olmuşdu.

Xəbər 1144 dəfə oxundu.