Rüstəm Məmmədov - Yeniyetmələrin Avropa Çempionatında bürünc medal qazandı
İdmançımız Rüstəm Məmmədov Macarıstanın Györ şəhərində keçirilən Yeniyetmələrin Avropa Çempionatında Üç təkanla tullanma növündə 15,16m nəticə göstərərək Avropa Çempionatının bürünc mükafatına layiq görüldü. Bu nəticə onun şəxsi nəticəsi olmaqla yanaşı, Rüstəmə Buenos Airesdə keçiriləcək olan Yeniyetmələrin Olimpiya Oyunlarına da vəsiqə qazanırdı.

Mükafatlandırma mərasimi sabah Bakı vaxtı ilə saat 19:50 də keçiriləcək.

Xəbər 1286 dəfə oxundu.