Azərbaycanın taekvondo üzrə milli komandalarına yeni məşqçilər təyin olunub
Azərbaycan Taekvondo Federasiyasında yeni məşqçi təyinatları olub.

Federasiyadan bildiriblər ki, Ələkbər İmaməliyev 21 yaşadək kişi taekvondoçuların, Gündüz Abdullayev isə qadınlardan ibarət 21 yaşlı taekvondoçuların məşqçisi təyin edilib.

Avropa çempionu, Əməkdar idman ustası İlkin Şahbazov isə kiçik yaşlı yeniyetmələrdən ibarət yığma komandanın məşqçisi olub.

Qeyd edək ki, əvvəllər Ələkbər İmaməliyev Azərbaycanın əsas yığmasının, Gündüz Abdullayev isə gənclərdən ibarət millisinin baş məşqçisi vəzifəsini yerinə yetirib.

Xəbər 1240 dəfə oxundu.