“Neftçi” klubunun təlim-məşq bazasının adı dəyişdirilib
“Neftçi” futbol klubuna məxsus İsmət Qayıbov adına təlim-məşq bazasının adı dəyişdirilib.

“Neftçi” klubunun saytının verdiyi xəbərə görə, idman qurğusu bundan sonra “Türk Hava Yolları” (THY) məşq mərkəzi adlandırılacaq. Bu dəyişiklik “Neftçi” və THY arasında bu gün imzalanan müqaviləyə əsasən gerçəkləşib.

Eyni zamanda “Neftçi” klubu məşqə üzərində “Türk Hava Yolları” yazılmış formalarla çıxacaq.

Xəbər 790 dəfə oxundu.