“Qəbələ” komandası Lüksemburqun “Proqres” klubu ilə oyunun hazırlığını davam etdirir
“Qəbələ” futbol komandası 2018-2019-cu il mövsümünün hazırlığını davam etdirir.

Iyunun 20-də start götürən Sloveniya toplanışını başa vurub, iyulun 5-də Vətənə qayıdan “qırmızı-qaralar” birgünlük fasilədən sonra məşqlərini Bakıda gerçəkləşdiriblər.

İyulun 8-də keçirilən məşqlə “Qəbələ” komandası paytaxtdakı hazırlığı başa vurub.

“Qırmızı-qaralar” UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Lüksemburqun “Proqres” klubu ilə ilk oyununa hazırlığı yekunlaşdırmaq üçün Qəbələyə yollanacaq. “Qəbələ” matçadək doğma stadionunda məşq edəcək.

Xatırladaq ki, Lüksemburq təmsilçisi ilə qarşılaşma iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək. Matç saat 20:00-da başlayacaq.

Xəbər 508 dəfə oxundu.