Azərbaycan millisinin yarımmüdafiəçisi karyerasını Yunanıstanda davam etdirəcək
Futbol üzrə Azərbaycan milli komandasının üzvü Araz Abdullayev karyerasını Yunanıstanda davam etdirəcək.

26 yaşlı yarımmüdafiəçi “Panionios” ilə müqavilə imzalayıb.

Qeyd edək ki, Araz Abdullayevin “Qəbələ” ilə müqaviləsinə xitam verildiyindən, bu keçid Super Liqa təmsilçisinə havayı başa gəlib.

Xəbər 812 dəfə oxundu.