“Neftçi İdman Klubu”nun U-12 komandası Gürcüstanda təlim-məşq toplanışında olub
“Neftçi İdman Klubu”nun on iki yaşadək futbolçulardan ibarət komandası Gürcüstanın Kobuleti şəhərində təlim-məşq toplanışında olub.

Səkkiz gün davan edən toplantıda kiçikyaşlı futbolçularımız paralel olaraq beş yoxlama oyununda bacarıqlarını nümayiş etdiriblər. Sevindirici haldır ki, Tural Kərimovun yetirmələri bu qarşılaşmaların hamısını qələbə ilə başa vurublar. Futbolçularımız Gürcüstanın “Çeatura”, Kabuleti İdman Məktəbi, “Bakuri”, Batumi İdman Məktəbi, “Dinamo” (Batumi) komandalarını müvafiq olaraq, 3:2, 2:1, 3:1, 5:2 və 3:1 hesabı ilə məğlubiyyətə uğradıblar.

Xəbər 935 dəfə oxundu.