Həndbol üzrə 14-cü açıq Avropa çempionatı başa çatıb
İsveçin Höteburq şəhərində 16 yaşadək qızlar arasında həndbol üzrə 14-cü açıq Avropa çempionatı başa çatıb.

Azərbaycanın 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət milli komandası sonuncu oyun günündə Gürcüstan yığması ilə qarşılaşıb. Görüş rəqib komandanın 23:15 hesablı qələbəsi ilə yekunlaşıb.

Çempionatın qızıl medalına finalda Fransa kollektivini 31:30 hesabı ilə məğlub edən Macarıstan millisi sahib olub. İlk üçlüyü İsveçrədən 26:18 hesabı ilə üstün olan Rumıniya təmsilçiləri qapayıblar. Azərbaycan həndbolçuları isə turnirdə 20-ci yerdə qərarlaşıblar.

Yarışda ilk yeddi yeri tutan Macarıstan, Fransa, Rumıniya, İsveçrə, Çexiya, Niderland və İspaniya yığmaları gələn il iyulun 20-dən 28-dək Bakıda keçiriləcək Avropa Gənclər Yay Olimpiya Festivalına vəsiqə qazanıblar.

Xəbər 1162 dəfə oxundu.