Azərbaycanın yeniyetmə həndbolçuları açıq Avropa turnirində Rusiya və Slovakiya təmsilçiləri ilə qarşılaşıblar
Azərbaycanın 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət milli həndbol komandası İsveçin Höteburq şəhərində keçirilən açıq Avropa turnirində iki oyun keçirib.

Yğmamız Rusiya kollektivinə 38:8, Slovakiya millisinə isə 35:11 hesabı ilə məğlub olub.

Azərbaycan həndbolçuları iyulun 6-da - turnirin sonuncu günündə 9-20-ci yerlər uğrunda Gürcüstan təmsilçiləri ilə qarşılaşacaqlar.

İsveçrə və Rumıniya milliləri üçüncü yer, Fransa və Macarıstan yığmaları isə qızıl medal uğrunda mübarizə aparacaqlar.

Xəbər 958 dəfə oxundu.