Jurnalistlər arasında stolüstü tennis turniri keçiriləcək
Azərbaycan Stolüstü Tennis Federasiyası 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələri arasında stolüstü tennis turniri təşkil edəcək.

Turnir iyulun 14-də saat 10:00-da "Şüa" idman sağlamlıq kompleksində start götürəcək. Yarışın qaliblərinə Federasiyanın diplom və mükafatları təqdim olunacaq.

Turnirdə iştirak etmək istəyən media nümayəndələri iyulun 10-dək 012 408 74 54 telefonuna zəng etməklə və ya office@astf.az e-mail ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.

Xəbər 1046 dəfə oxundu.