Azərbaycanın yeniyetmə həndbolçuları açıq Avropa çempionatında Estoniya təmsilçiləri ilə qarşılaşıblar
Azərbaycanın 2002-2003-cü il təvəllüdlü həndbolçu qızları İsveçin Höteburq şəhərində keçirilən açıq Avropa turnirində Estoniya təmsilçiləri ilə qarşılaşıblar.

Görüş 25:21 hesabı ilə estonların xeyrinə başa çatıb.

Yığma komandamız iyulun 5-də Rusiya və Slovakiya milliləri ilə üz-üzə gələcək.

Çempionata iyulun 6-da yekun vurulacaq.

Xəbər 1014 dəfə oxundu.