Yeniyetmə basketbolçularımız San-Marino yığmasına qalib gəliblər
San-Marinoda yeniyetmə oğlanlar arasında U-16 yaş qrupunda basketbol üzrə Avropa çempionatına (“C” Divizionu) start verilib.

Elşən Yusubovun başçılığı altında U-16 millimiz ilk qarşılaşmada San-Marino komandasını 62:51 hesabı ilə məğlub edib.

Cəbrayıl Əkbərov komandamızın ən yaxşılarından olaraq 32 xal toplayıb.

Millimiz bu gün növbəti oyununda moldovalı həmyaşıdları ilə qarşılaşacaqlar.

Xəbər 1549 dəfə oxundu.