Mingəçevirdə cüdo məşqçiləri üçün seminar keçirilib
Azərbaycan Cüdo Federasiyası regionlarda çalışan məşqçi-müəllimlər üçün mütəmadi olaraq seminarlar təşkil edir. Seminarlarda məşqçi-müəllimlər idmanın bu növü üzrə yeni qaydalarla bağlı ətraflı məlumatlandırılırlar.

Növbəti belə tədbir Mingəçevirdə baş tutub.

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə “Aran Qarabağ” regionunun məşqçi və müəllimləri üçün seminar keçirilib. Seminar Azərbaycan Cüdo Federasiyasının Mingəçevirə ezam olunmuş əməkdaşları Tərlan Poladlı və Musa İsmayılov tərəfindən aparılıb.

Seminar iştirakçıları cüdonun daim inkişafda olan yeni texnika və qaydaları ilə həm nəzəri, həm də praktiki olaraq məlumatlandırılıblar.

Xəbər 1023 dəfə oxundu.