Qədir Hüseynov İspaniya şahmat turnirinin reytinq-favoritidir
Sabah İspaniyanın Barbera-del-Valyes şəhərində 41-ci şahmat festivalı start götürəcək. Open “A” turnirində 18 ölkədən 89 şahmatçı, o cümlədən 17 qrossmeyster iştirak edəcək.

Azərbaycan qrossmeysteri Qədir Hüseynov (2654) turnirin reytinq-favoritidir. İkinci yerdə Reynaldo Ortiz Suarez İsan gəlir. Üçüncü yerdə 2545 reytinq əmsalı ilə Azərbaycan təmsilçisi Namiq Quliyev qərarlaşıb.

Şahmat turniri İsveçrə sistemi üzrə keçiriləcək və 9 turdan ibarət olacaq.

Xəbər 1252 dəfə oxundu.