Kişi və qadın idman gimnastikası üzrə Azərbaycan birinciliyinə və Bakı çempionatına yekun vurulub
Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə keçirilən kişi və qadın idman gimnastikası üzrə Azərbaycan birinciliyinə və Bakı çempionatına iyunun 30-da yekun vurulub.

Yarışların ikinci günündə kişilər arasında balalar, qadınlar arasında uşaqlar və balacalar kateqoriyalarında gimnastlar məharətlərini göstəriblər.

Kişilər arasında 2010-2011-ci il təvəllüdlü balacaların yarışlarında Hüseyn Mustafazadə birinci, İbrahim Aydınlı ikinci, Rəşad Əliyev isə üçüncü yerə layiq görülüblər.

2009-2010-cu il təvəllüdlü qızlar arasında çoxnövçülük yarışında “Ocaq” idman klubunun yetirmələri olan Amaliya və Asiya Ağayeva bacıları müvafiq olaraq qızıl və gümüş, Xədicə Abbaszadə isə bürünc medala sahib olublar.

2011-ci il təvəllüdlü balacalar arasında yarışların nəticələrinə görə “Ocaq” idman klubunun yetirmələri Leyla Məmmədzadə qızıl, Nurana Əliyeva gümüş, Albina Əliyeva isə bürünc mükafata layiq görülüb.

Bununla da yüzdən çox gimnastın mübarizə apardığı kişi və qadın idman gimnastikası üzrə Azərbaycan birinciliyinə və 25-ci Bakı çempionatına yekun vurulub.

Yarışlarda qadın idman gimnastları böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kişi idman gimnastları isə böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qruplarında məharətlərini göstəriblər.

Hər iki turnirdə Bakı Gimnastika Məktəbinin, “Ocaq”, “Neftçi” və “Zirə” idman klublarının, Respublika Olimpiya İdman Liseyinin, habelə Sumqayıt şəhərinin yetirmələri iştirak ediblər.

Xəbər 826 dəfə oxundu.