“Neftçi”nin daha bir rəqibi müəyyənləşdi
Bakının “Neftçi” futbol klubunun Türkiyədə təlim-məşq toplanışı çərçivəsində iyulun 2-də keçirəcəyi yoxlama oyunundakı rəqibi müəyyənləşib.

Komandamız Bosniya və Herseqovinanın “Çelik” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, bundan əvvəlki yoxlama oyunlarında Makedoniyanın “Şkupi” və Rumıniyanın "Dunarea Kalarası” klublarını eyni hesabla (2:0) məğlub etmiş “Neftçi”nin iyulun 5-dəki rəqibi “Politexnika” (Rumıniya) olacaq.


Xəbər 595 dəfə oxundu.