Bakının “Azərreyl” klubunun “Çelenc Cup”dakı rəqibi müəyyənləşib
Qadın voleybolçulardan ibarət komandalar arasında “Çelenc Cup” turnirinin püşkü atılıb.

Avrokubokdakı yeganə təmsilçimiz “Azərreyl”in də rəqibi müəyyənləşib. Püşkə əsasən, Azərbaycan çempionu ilk qarşılaşmasında “Kayroş” (Portuqaliya) – “Hermes” (Belçika) cütünün qalibi ilə üz-üzə gələcək. Mübarizəyə 1/16 final mərhələsindən başlayacaq Bakı təmsilçisi birinci matçını səfərdə, cavab oyununu paytaxtda keçirəcək. Matçlar noyabrın 27-29-da və dekabrın 4-6-da olacaq.

Cütün qalibi 1/8 final mərhələsində “Aydın BBSK” (Türkiyə) – “Famalikao” (Portuqaliya)/“Haris La Laquna” (İspaniya) oyunun güclüsü ilə qüvvəsini sınayacaq.

Qeyd edək ki, “Çelenc Cup”ın qalibi 2019-cu il martın 27-də müəyyənləşəcək.

Xəbər 1147 dəfə oxundu.