Kişi və qadın idman gimnastikası üzrə 25-ci Bakı çempionatının və birinciliyinin yarışlarının ilk gününə yekun vurulub
Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə keçirilən kişi və qadın idman gimnastikası üzrə Azərbaycan birinciliyinin və Bakı çempionatının ilk gününün yarışları iyunun 29-da başa çatıb.

Günün ikinci yarısında ikinci bölmədə idman gimnastikası üzrə kişilər arasında 2007-2008-ci il təvəllüdlü balacalar arasında Bakı Gimnastika Məktəbinin yetirmələri Çingiz Vəliyev, Nihad Muradlı və Rizvan Tağızadə ilk üç pillədə qərarlaşıblar.

2008-2009-cu il təvəllüdlü kiçiklər arasında yarışda Turan Səlimov birinci, Mircavad Ağazadə ikinci, Miryusif Əhmədzadə isə üçüncü yeri tutub.

2005-2007-ci il təvəllüdlü gənclər arasında çıxışlarda isə Səməd Məmmədli qızıl, Mənsum Səfərov isə gümüş medal qazanıb.

Qeyd edək ki, iki gün davam edəcək turnirdə 100-dən çox gimnast mübarizə aparır.

Yarışlarda qadın idman gimnastları böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kişi idman gimnastları isə böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qruplarında məharətlərini göstərirlər.

Yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq” və “Neftçi” idman klubları, Respublika Olimpiya İdman Liseyinin, habelə Sumqayıt şəhərinin yetirmələri iştirak edirlər.

Xəbər 1146 dəfə oxundu.