Bakıda kişi və qadın idman gimnastikası üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib
İyunun 29-da Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə 25-ci Bakı çempionatının və birinciliyinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Yarışlarda Bakı Gimnastika Məktəbi, “Ocaq” və “Neftçi” idman klublarının, Respublika Olimpiya İdman Liseyinin yetirmələri iştirak edirlər.

Günün birinci yarısında 2005-2006-cı il təvəllüdlü kişi gimnastlar arasında Bakı Gimnastika Məktəbinin (BGM) yetirmələri Şamxal Əhmədov birinci, Riad Səfərov ikinci, “Ocaq” idman klubunun yetirməsi Fərhad Şepelev üçüncü yerdə qərarlaşıblar.

2003-2005-ci il təvəllüdlü yeniyetmələr arasında yarışların nəticələrinə əsasən BGM-in yetirmələri Ramin Dəmirov birinci, Anar Həsənov ikinci, Aydın Əlizadə isə üçüncü yerə layiq görülüblər.

Bakı çempionatı çərçivəsində gənclər arasında idman gimnastikası üzrə yarışlarda Dari Morozov birinci, Murad Ağarzayev isə ikinci yeri tutublar.

Sonra qadın gimnastlar mükafatlandırılıb. Birinci yerə Samirə Qəhrəmanova, ikinci yerə isə Valeriya Şulyayeva layiq görülüblər.

Qaliblərə medallar təqdim olunub.

Yarışlar fasilədən sonra davam etdiriləcək.

Xəbər 1177 dəfə oxundu.