Azərbaycan cüdoçuları Avropa birinciliyinin ilk günündə iki medal qazanıblar
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda yeniyetmə cüdoçular arasında Avropa birinciliyinə start verilib.

Yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub. Millimizin iki üzvü qitə birinciliyində fəxri kürsüyə qalxıb.

Çempionatda 60 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edən Mətin Rzazadə gümüş medal qazanıb. Mirağa Hacıyev (50 kq) isə bürünc medala sahib olub.

Qeyd edək ki, 42 ölkədən 457 idmançının (255 oğlan, 202 qız) mübarizə apardığı qitə birinciliyində Azərbaycan milli komandası 16 cüdoçu (10 oğlan, 6 qız) ilə təmsil olunur.

Xəbər 1362 dəfə oxundu.