UCI Bakıda keçirilmiş BMX üzrə dünya çempionatında çəkilən fotoşəkili ayın fotosu elan edib
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) növbəti aylıq hesabat jurnalı işıq üzü görüb. Jurnal quruma üzv olan 190 milli federasiyaya göndərilib.

Jurnalı bizim üçün əhəmiyyətli edən əsas məqam iyunun 5-9-da Bakıda keçirilən BMX üzrə dünya çempionatına geniş yer ayrılması və mundialda çəkilən fotoşəkilin UCI tərəfindən “Təşəkkürlər, Bakı! Bu heyranedici dünya çempionatı idi” adı altında ayın fotosu elan edilməsidir.

UCI prezidenti David Lappartienin milli federasiyalara ünvanladığı müraciətdə BMX üzrə Bakıda keçirilən dünya çempionatına da yer ayrılıb: “İyunun əvvəlində Bakıda keçirilən dünya çempionatı zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşmək şərəfinə nail oldum. Apardığımız müzakirələr olduqca ümidvericidir və bu ölkədə velosipedin gələcəyi ilə bağlı nikbin düşünməyə əsas verir. Şübhəsiz, Azərbaycan hazırda özünü bu sahədə təsdiqləmiş ölkədir”.

Xəbər 1096 dəfə oxundu.