Bakının “Keşlə” klubu Türkiyədə üç yoxlama oyununda gücünü sınayacaq | |
Bakı toplanışını başa vuran “Keşlə” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyununa hazırlığını davam etdirmək məqsədilə Türkiyəyə gedib. Iyulun 10-dək davam edəcək təlim-məşq toplanışında Bakı təmsilçisi 3 yoxlama matçı keçirməyi planlaşdırır. Komandamız ilk yoxlama matçını iyunun 30-da Bolu vilayətində Bosniya və Herseqovinanın “NK Celik Zenica” komandasına qarşı keçirəcək. Oyun Bakı vaxtı ilə saat 17.00-da başlayacaq. İkinci yoxlama matçında rəqibimiz “Levadia” komandası olacaq. Estoniya təmsilçisi ilə qarşılaşma iyulun 3-də Bakı vaxtı ilə saat 17.00-da baş tutacaq. Toplanış çərçivəsində sonuncu yoxlama matçı iyulun 6-da keçiriləcək. Bu dəfə “Keşlə” İranın “Traktorzasi” komandası ilə üz-üzə gələcək. Oyunun başlanma saatı hələ dəqiqləşməyib. |
|
Xəbər 544 dəfə oxundu. |
|
|