"Neftçi” Rəhman Hacıyevlə müqavilənin müddətini artırıb
"Neftçi” Rəhman Hacıyevlə müqavilənin müddətini artırıb.

24 yaşlı yarımmüdafiəçi ilə 2018/2019 mövsümünün sonunda bitməli olan anlaşma daha 1 il müddətinə uzadılıb.

Yeni müqaviləyə görə Hacıyev 2019/2020 mövsümünün sonunadək ağ-qara formanı geyinəcək. Milli komandamızın da üzvü olan futbolçu ötən mövsüm 32 oyunda 6 qola imza atıb. Qeyd edək ki, "Neftçi" bundan əvvəl Ruslan Abışov, Kirilo Petrov, Məhəmməd Mirzəbəyov və Emin Mahmudovla müqavilə yeniləmişdi.

Xəbər 526 dəfə oxundu.