Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib
Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə 2006-cı il təvəllüdlü və daha kiçik yaşlı tennisçilər arasında Azərbaycan çempionatına start verilib.

Federasiyadan bildiriblər ki, şəxsi xarakter daşıyan turnirdə ölkənin müxtəlif regionlarından olan 100-dən çox idmançı mübarizə aparacaq.

Çempionata iyunun 29-da yekun vurulacaq.

Xəbər 1329 dəfə oxundu.