Avropa turnirlərində Azərbaycanın qadınlardan ibarət dörd həndbol klubu iştirak edəcək
Avropa Həndbol Federasiyası (EHF) yığma komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, 2015-2016-cı, 2016-2017-ci və 2017-2018-ci illər mövsümünün nəticələrinə əsasən, qadın həndbolçulardan ibarət millimiz reytinq cədvəlində yeddi pillə irəliləyib. Belə ki, qadın həndbolçularımız hazırda 23-cü pillədə qərarlaşıblar.

Beləliklə, reytinq cədvəlindəki bu mövqe Azərbaycanın qadınlardan ibarət dörd həndbol klubuna qitə turnirlərində iştirak etmək hüququ qazandırıb. İlk dəfə olaraq qitənin ən nüfuzlu klub turnirində - Çempionlar Liqasında Azərbaycanın həndbol klubu da mübarizə aparacaq. Bundan əlavə, ölkəmiz EHF kuboku yarışlarında bir komanda, "Çağırış kuboku" turnirində isə iki klubla təmsil olunacaq.

Xəbər 1160 dəfə oxundu.