Kollazo Sotomayor Lorenzo - GÜMÜŞ MEDAL
1985-ci il fev­­ra­­lın 16-da ana­­dan olub.

Lorenzo Sotomayor rinqdə birinci uğurunu 2008-ci ildə Kuba çempionatının bürünc medalçısı olmaqla qazanıb. Bir ildən sonra isə, Kuba çempionu olub.

Sotomayora 2014-cü ildən Azərbaycanın şərəfini qoruyur. Azərbaycan bayrağı altında ilk 2014-cü ildə Azərbaycan çempionatı və "Böyük İpək Yolu" beynəlxalq turnirində qazanıb. O, həmin yarışların qızıl medallarının sahibi olub. 2015-ci il isə Lorenzo Sotomayor Bakı şəhərində I Avropa Oyunlarının qalibi olub.

2016-cı il avqustun 11-də Lo­­ren­­zo Kol­­la­­zo So­­to­­ma­­yor (64 kq) Rioda Olimpiya oyunlarının boks yarışlarında gümüş medala layiq görüldü.

Olimpiya lisenziyasını 2016-cı il aprelin 16-da Türkiyənin Samsun şəhərində keçirilən Avropa olimpiya təsnifat turininin finalına çıxmaqla qazanmışdı.

Xəbər 2252 dəfə oxundu.