Radik Vələddin oğlu İsayev - OLİMPİYA ÇEMPİONU
Radik İsayev 26 sentyabr 1989-cu ildə anadan olub.

Azərbaycan taekvondoçusu Radik İsayev, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Radik İsayev, 2015-ci ildə keçirilmiş I Avropa Oyunlarının və 2017-ci ildə təşkil edilmiş IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. O, həmçinin 2017-ci ildə Tayvanın paytaxtı Taybey şəhərində baş tutan Tələbələrin Universiada Oyunlarının bürünc medalına sahib olub.

O, həmdə 2014-cü ildə Avropa, 2015-ci ildə isə Dünya çempionu olub. Azərbaycan yığmasının heyətində 2015 və 2016-cı illərdə Komandalar arası Dünya Kubokunun qalibi olub.

Radik İsayev, I Avropa Oyunlarında qazandığı uğura görə "Şöhrət" ordeni ilə, XXXI Yay Olimpiya Oyunlarında qazandığı uğura görə isə "Vətənə xidmətə görə" I dərəcəli ordeni ilə təltif edilib.

Xəbər 2956 dəfə oxundu.