İdman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı keçiriləcək
Azərbaycan Gimnastika Federasiyası yerli yarışlar mövsümünə start verir. Silsilə beynəlxalq yarışlara ev sahibliyi edən Milli Gimnastika Arenası iyunun 29-30-da kişi və qadın idman gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatına hazırlaşır.

İki gün davam edəcək turnirdə, ümumilikdə 100-dən çox gimnastın iştirak edəcəyi gözlənilir.

Yarışlarda qadın idman gimnastları böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar və kişi idman gimnastları isə böyüklər, gənclər, yeniyetmələr, uşaqlar, balacalar, kiçiklər və balalar yaş qrupunda mübarizə aparacaqlar.

Xəbər 1106 dəfə oxundu.