23 yaşadək cüdoçular arasında ölkə çempionatında iki medal qazanıblar
Sumqayıt Olimpiya İdman Kompleksində U-23 gənclər arasında cüdo üzrə Azərbaycan çempionatı keçirilib.

Cempionatda 48 komandanın tərkibində 335 idmançı mübarizə aparıb.

Yarışda FHN-in İdman-sağlamlıq klubunun komandası məşqçi-müəllim Taleh Sadıqovun rəhbərliyi ilə gücünü sınayıb. Klubun üzvlərindən Samir Ağayev (81 kq) qızıl, Coşqun Abdullayev isə (90 kq) bürünc medal qazanıblar.

Qaliblərə diplom və medallar təqdim olunub.

Xəbər 931 dəfə oxundu.