"Sumqayıt" Ukraynanın "Şaxtyor" klubunun futbolçusunu icarəyə götürüb
"Sumqayıt" Futbol Klubu 2018/2019 mövsümü üçün növbəti transferini həyata keçirib. Ukrayna “Şaxtyor”unun yarımmüdafiəçisi Murad Xaçayevlə müqavilə imzalanıb.

20 yaşlı futbolçu 1 il icarə əsasında "Sumqayıt"da çıxış edəcək.

Qeyd edək ki, Ukrayna klubunun əvəzedici komandasının formasını geyinən Murad Xaçayev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin şərəfini qoruyur.


Xəbər 621 dəfə oxundu.