“Biz yaxşı oyunla qalib gəldik”
“Ölkə çempionatı ilə kubokda mübarizəyə fərq qoymuruq. Biz bunu bugünkü oyunda sübut etdik”. İdman.com.az saytının məlumatına görə, bu fikri “Bakı”nın baş məşqçisi Novruz Əzimov deyib. Unibank Premyer Liqasının XVIII turunda evdə “Xəzər Lənkəran”la görüşən “ağ-göylər” böyük hesablı qələbə qazanmaqla diqqət mərkəzinə düşdü.

Mütəxəssis, bununla onlar üçün hər 2 cəbhədə nəticənin vacib olduğunu bildirməklə, yanaşı, rəqibin durumuna toxunub: “Hər 2 yarışa eyni gözlə baxırıq. “Xəzər Lənkəran”a FİFA-nın qərarı ilə 6 xalın silinməyi güclü təsir etdiyini düşünürəm. Komandanın bundan özünə gəlmədiyi oyunda görünürdü. Biz isə yaxşı oyunla 4:1 hesabı ilə qalib gəldik ki, buna görə komandamızı təbrik edirəm”.

Qeyd edək ki, “Bakı” bu qələbədən sonra 6-cı pillədə qalsa da, 6 xalı silinməsindən sonra 4-cü yerə enən “Xəzər Lənkəran”la fərqi minimuma endirib.


Xəbər 1076 dəfə oxundu.