Cüdo üzrə Azərbaycan birinciliyinə yekun vurulub
Sumqayıt Olimpiya İdman Kompleksində U-23 gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyinə yekun vurulub.

Yarışın ikinci günündə oğlanlar arasında 5 çəki dərəcəsində mükafatçılar məlum olub.

Rüfət Məmmədov (73 kq), Samir Ağayev (81 kq), Azər Yaqubov (90 kq), Adil Kərimli (100 kq) və Camal Feyziyev (100 kq-dan yuxarı) qızıl medal qazanıblar.

Ümumi medal sayında “Neftçi İdman Klubu” 11 medal (3 qızıl, 3 gümüş və 5 bürünc) qazanaraq birinci olub. “Atilla” klubu 4 medal (3 qızıl və 1) əldə edərək ikinci yeri tutub. Beş medala (1 qızıl, 2 gümüş və 2 bürünc) sahib olan “Judo Club 2012” isə ölkə birinciliyini üçüncü yerdə başa vurub.

Qalib və mükafatçılara Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının diplom və medalları verilib.

Qeyd edək ki, iki gün davam edən ölkə birinciliyində 49 klubdan 373 cüdoçu (306 oğlan, 67 qız) mübarizə aparıb.

Xəbər 1060 dəfə oxundu.