Azərbaycan çempionu Ukrayna klubu ilə müqaviləni yenilədi
Azərbaycan millisinin sabiq voleybolçusu Vasif Talıbov karyerasını Ukraynada davam etdirəcək.
45 yaşlı mütəxəssis “Vinnitsa” klubu ilə sözləşməsini yeniləyib.

Talıbov 1 illik müqaviləyə imza atıb.

Həmyerlimiz ötən ildən bu komandanın baş məşqçisidi. Kişi voleybolçulardan ibarət “Vinnitsa” onun rəhbərliyi altında Yüksək Liqanın 2017/2018 mövsümündə 5-ci yeri tutub.

Qeyd edək ki, Talıbov Ukraynaya “Telekom”dan yollanmışdı. O, 2013-cü ildən çalışdığı Bakı klubu ilə Azərbaycan çempionu tituluna da yiyələnib.


Xəbər 967 dəfə oxundu.