“Neftçi” çempionluğun bir addımlığında | |
Unibank Premyer Liqasında final mərhələsinin 2-ci dövrəsinə startı verilib. İdman.com.az saytının məlumatına görə, ilk oyun günü qonaqlar üçün uğursuz olub. Belə ki, ilk “altılıq” oyunlarının hamısı meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Ozəlliklə, “Bakı” klubunun “Xəzər Lənkəran”a böyük hesabla qalib gəlməyi diqqət çəkib. “Qarabağ”la “İnter”in məğlubiyyəti çempionluq, “Xəzər Lənkəran”ı isə Avroliqaya vəsiqə uğrunda mübarizədə onu geri salıb. “Neftçi”, öz növbəsində, “bankçılar”ı final mərhələsində 2:1 hesabı ilə məğlub edərək, çempionluq yolunda böyük addım atıb və titulunu qorumaq vəzifəsini əməli olaraq həll edib. Hər halda, lider ən yaxın izləyicisini artıq 10 xal qabaqlayır ki, bu da 4 tur üçün böyük fərqdir. Unibank Premyer Liqası. XXVIII tur 14 aprel “Bakı” – “Xəzər Lənkəran” - 4:1 Qol: Deyvidas Çesnauskis, 34; 41; 57; Aleksandr Soliç, 69 - Branimir Subaşiç, 66 Qırmızı vərəqə, Katalin Doman, 78 Hakimlər: Vüsal Əliyev, Rahil Ramazanov, Nahid Əliyev, Anar Göyçayski Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu “Qəbələ” – “Qarabağ” - 1:0 Qol: Yannik Kamanan, 70 Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Vaqif Musayev, Teymur Fərhadov Qəbələ. Şəhər stadionu “Neftçi” – “İnter” - 2:1 Qol: Bahadır Nəsimov, 5, Slavço Georgiyevski, 11 - Ruslan Abışov, 43-öz qapısına Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Mübariz Haşımov, Feyzulla Feyzullayev Bakı. İsmət Qayıbov adına Bakıxanov adına qəsəbə stadionu AzAL – “Rəvan” - 1:1 Qol: Zohair Benouahi, 58 - Ekrem Hodziç, 47 Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Coşqun Həsənov, Əliyar Ağayev Bakı. “AZAL Arena” stadionu |
|
Xəbər 973 dəfə oxundu. |
|
|