“Neftçi” üç futbolçu ilə müqaviləni yeniləyib
Ötən mövsüm “Neftçi”nin heyətində çıxış edən 3 futbolçu ilə müqavilə yenilənib.

Komandanın kapitanı Ruslan Abışov 2, Məhəmməd Mirzəbəyov isə daha 1 il “ağ-qara” formanı geyinəcək. Ukraynalı arxa xətt oyunçusu Kirilo Petrovla isə müqavilə 1+1 il müddətinə artırılıb.

Qeyd edək ki, ötən mövsüm R.Abışov 30 oyunda 5, K.Petrov 24 görüşdə 1 qol vurub. M.Mirzəbəyov isə 23 oyunda meydana çıxıb.

Xəbər 574 dəfə oxundu.